Modern.az

Prezidentin çıxışından sonra nümayəndə heyəti olaraq təbriklərimizi ona çatdırdıq

Prezidentin çıxışından sonra nümayəndə heyəti olaraq təbriklərimizi ona çatdırdıq

Təhsil

24 İyun 2014, 22:06

Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasındakı çıxışından məmun olduqlarını qeyd edib. Deputat Modern.az saytına bildirib ki, erməni deputatların üçü ondan öndə oturubmuşlar: “Deyərdim ki, Azərbaycan prezidentinin o şəkildə çıxışı az qala erməni deputatları dəli etdi. Onlar sanki bu şəkildə cavab gözləmirdilər.

Cənab Prezident AŞPA-da möhtəşəm çıxış etdi. Hər hansı qeydə nəzər yetirmədən, kağıza baxmadan mükəmməl çıxış, suallara hərtərəfli, mükəmməl cavablar verdi. Biz Prezidentimizlə qürur duyduq. Prezidentimizin çıxışından sonra biz nümayəndə heyəti olaraq onunla görüşdük və fikirlərimizi, təbriklərimizi catdırdıq. Maraqlı söhbət etdik.

Cənab İlham Əliyevin çıxışı bizi istəyənləri sevindirən, bizi istəməyənləri pərişan edən hadisə idi. Cənab Prezident Qarabağla bağlı da mühüm mesajlar verdi. Azərbaycan uzun illər oturub vəziyyətin bu cür davam etməsini gözləməyəcək sözünün altındakı mesajı məncə anlamayan olmadı”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu