Türkiyənin hakim partiyası AKP-nin başqan yardımçısı Numan Kurtulmuş bu gün canlı yayımda çıxışı zamanı prezident seçkilərinə partiyanın namizədinin adını açıqlayıb. "A Haber" portalında canlı çıxış edən Numan Kurtulmuş deyib: "Böyük ehtimalla namizədimiz Ərdoğandır". Söhbət zamanı namizədlər şərh edilərkən deyilən "Ekmələddin İhsanoğlu da mühafizəkar bir namizəddir" cümləsinə isə belə cavab verib: "Millət əsli varkən niyə bənzərinə səs versin?" AKP baş katibi Haluk İpək isə partiyanın prezidentliyə namizədinin 1 iyulda açıqlayacaqlarını bildirib.(anspress.com)