Modern.az

Rusiya teleməkanının məşhur azərbaycanlıları – SİYAHI

Rusiya teleməkanının məşhur azərbaycanlıları – SİYAHI

24 İyun 2014, 23:38

Azərbaycanla Rusiyanın mədəniyyət əlaqələri daim intensivliyi ilə seçilib. Azərbaycan mədəniyyət və incəsənət xadimləri istər Sovet İttifaqında, istərsə də indiki Rusiyada  professional karyera uğurlarına imza atıblar. Onların arasında jurnalistlər, yumoristlər, müğənnilər xüsusi çəkiyə malikdir.

Modern.az çağdaş Rusiya teleməkanın ən məşhur azərbaycanlı simalarını təqdim edir.


İradə Avtandil qızı Zeynalova – Rusiya televiziya məkanını tanınmış simalarından biri hesab olunur. O, 1972-ci il fevralın 20-də Moskva şəhərində anadan olsa da, əslən Azərbaycanın Qazax rayonundandır. Rusiya televiziya məkanında ən böyük peşə uğurları qazanmış azərbaycanlı qadın sayılan İ. Zeynalova 2012-ci ildən Rusiyanın “1-ci kanalı”nın əsas xəbər buraxılışı olan “Vremya”nın əsas aparıcısıdır.


Svetlana Avtandil qızı Zeynalova – İradə Zeynalovanın bacısıdır və jurnalist kimi fəaliyyət göstərir. 1977-ci il mayın 8-də anadan olan İ. Zeynalova həm radio, həm də televiziya sahəsində təcrübəyə malikdir. O 2011-ci ilin fevralından “1-ci kanal”ın səhər verilişinin aparıcısıdır.

 

Teymur Mikayıl oğlu Kərimov – Rusiyada şoumen, aparıcı, müğənni və yumorist kimi tanınır. Daha çox səhnə adı – Timur Rodrigeslə auditoriyanın rəğbətini qazanan Teymur Kərimov 1979-cu il oktyabrın 14-də Penza şəhərində anadan olub. O, “Şən və Hazırcavablar Klubu”nda uğur qazandıqdan sonra, ən reytinqli yumoristik veriliş “Kamdi Klab”da rezidentlərdən biri kimi çalışıb. Hazırda Rusiya teleməkanında Teymur Kərimov daha çox müğənni və televiziya aparıcısı kimi tanınır.


Tahir Namiq oğlu Məmmədov – Rusiya efirində tanınan daha bir azərbaycanlıdır. 1981-ci il oktyabrın 2-də azərbaycanlı ata və erməni ananın ailəsində dünyaya göz açan Tahir Məmmədov 80-ci illərin sonlarında ailəsi ilə birlikdə Moskvaya köçmüşdü. Rusiyada “Şən və Hazırcavablar Klubu”nun təşkil etdiyi yarışlarda iştirak edən azərbaycanlı yumorist tezliklə, yəni 2005-ci ildən isə “Kamedi Klab” yumoristik verilişinin rezidentlərindən birinə çevrilir. 2008-ci ildə artıq rus tamaşaçısı üçün tanınan simaya çevrilən Tahir Məmmədov verilişi tərk edərək özünü kino aktyorluqda sınamaq qərarına gəlir. Paralel olaraq o bir sıra televiziya şoularının iştirakçısı və aparıcısı kimi fəaliyyət göstərir. Onun son layihələrinə gəlincə, 2013-cü ildə baş rollarından birini ifa etdiyi “Kişilər nə edir” komediya filmi Rusiya kinoprokatının ən gəlirli filminə çevrilərək yaradıcılarına 10 milyon dollar gəlir qazandırmışdı. Yaxınlarda Tahir Məmmədovun iştirakı ilə filmin 2-ci hissəsinin premyerası keçiriləcək.


Bəxtiyar Əliyev – Azərbaycan əsilli Rusiya müğənnisidir. 1988-ci il oktyabrın 5-də Moskvada anadan olan B. Əliyev əslən Ağcabədi rayonundandır. “Bahh Tee” səhnə adı ilə 2006-cı ildən müğənnilik karyerasına başlayan həmyerlimiz sosial şəbəkələr vasitəsilə böyük populyarlıq qazanıb. B. Əliyevin mahnıları YouTube portalında 25 milyondan artıq insan tərəfindən izlənilməklə özünəməxsus rekord vurub. Tez-tez Rusiya telekanallarını qonağı olan B. Əliyev tarixi vətəni Azərbaycanda da bir neçə dəfə konsert proqramı ilə çıxış edib.

Vüqar İsmayılov


Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi