Xalq rəssamı, məşhur heykəltəraş, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və prorektoru Səlhab Məmmədov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşüb.
Rektor Elmar Qasımov Ömər Eldarovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycanın elm və mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.
O, bildirib ki, Ömər Eldarov öz yaradıcılıq fəaliyyəti və xidmətləri ilə dünya şöhrətli heykəltaraşa çevrilib və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görüb.
E.Qasımov qeyd edib ki, onun yaratdığ möhtəşəm əsərlər yalnız Azərbaycanda deyil, digər ölkələrdə də yerləşdirilib.
Ömər Eldarov isə yüksək səviyyəli görüş təşkil etdiyinə görə Elmar Qasımova öz dərin təşəkkürünü bildirib.
Modern.az