Modern.az

“Lisey uşağı” köynəyinin sifarişi” adlı səhifə bizim deyil” – “Çağ” Öyrətimdən CAVAB

“Lisey uşağı” köynəyinin sifarişi” adlı səhifə bizim deyil” – “Çağ” Öyrətimdən CAVAB

Təhsil

25 İyun 2014, 11:12

Azərbaycanda Özəl Türk Liseylərinin bağlanmasına dair qəbul edilmiş qərara etiraz olaraq  feysbuk sosial şəbəkəsində “Lisey uşağı” köynəyinin sifarişi” adlı səhifə yaradılıb. Qısa zaman ərzində səhifəni artıq 7 min nəfər bəyənib. Aksiya təşkilatçıları dəyəri təqribən 8 manat olan köynəkləri satışa çıxarıblar.

“O səhifəni yaradan bizim məktəbin şagirdləri deyil. Ola bilsin ki, səhifəni yaradanlar liseyi bitirən məzunlardır”. Bu barədə Modern.az-a “Çağ” Öyrətim İşlətmələrinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Adının çəkilməsini istəməyən şirkət rəsmisi belə halı qəti şəkildə pislədiyini və bunun təbliğinə yol açmanın mənfi hal olduğunu vurğuladı: “Bizim şagirdlərin bu məsələ ilə qətiyyən əlaqəsi yoxdur”.

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu