Modern.az

Dövlət Statistika Komitəsində vəfat etmiş sədri heç kim əvəz etmir

Dövlət Statistika Komitəsində vəfat etmiş sədri heç kim əvəz etmir

Təhsil

25 İyun 2014, 11:31

“Dövlət Statistika Komitəsinin sədrinin vəzifələrini hələ ki, heç kim icra etmir”. Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitə sədri Arif Vəliyev dünyasını dəyişməsi ilə əlaqədar Komitədəki sədr vəzifəsi boş qalıb. A. Vəliyevin səlahiyyətləri heç kimə həvalə olunmayıb. Keçmiş sədrin 3 müavinindən heç birinə əvəzedici statusu verilməyib.

Xatırladaq ki, iyunun 23-də Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb. A. Vəliyev 1993-cü ilin mayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

Gültəkin Ələsgər    
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu