Modern.az

Hadi Rəcəbli gənclərlə görüşdü - FOTO

Hadi Rəcəbli gənclərlə görüşdü - FOTO

Təhsil

25 İyun 2014, 12:00

Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin iştirakı ilə Lənkəranda yay istirahət düşərgəsi təşkil edilib. Düşərgələrdə müxtəlif bölgələrdən olan, təhsil və idmanla məşğul olan gənclər iştirak edir. Bu günlərdə Milli Məclisin sosial siyasət daimi komitəsinin sədri Hadi Rəcəbli düşərgəyə yeni gəlmiş gənclərlə görüşüb. Modern.az xəbər verir ki, gənclərlə səmimi diskussiya şəraitində baş tutan görüşdə millət vəkili artıq bu formatda görüşlərin müntəzəm xarakter aldığını və bu görüşlərin gənclərin problemlərini, tələbatlarını öyrənməyə müsbət təsir etdiyini bildirib. Ölkəmizin son illərdə müxtəlif sahələrdə qazandığı uğurlardan danışan millət vəkili gənclərin inkişafında təhsilin və idmanın rolundan danışıb.

Hadı Rəcəbli qeyd edib ki, müasir dövrdə uğur qazanmaq istəyən gəncliyin qarşısında duran ən mühüm məsələ yüksək təhsilə və fiziki sağlamlığa sahib olmaqdır. Düşərgədə Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gədəbəy rayonlarından olan gənclərin iştirak etdiyini nəzərə çatdıran millət vəkili diyarşünaslığın inkişafında belə düşərgələrin müsbət təsirə malik olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respubliaksının prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində mühüm layihələr həyata keçirilir. Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən başlayaraq bir neçə rayonda Respublikamızın bütün bölgələrindən gənclərin iştirakı ilə "Azərbaycan doğma diyarımdır" gənclər üçün vətənpərvərlik yay istirahət düşərgələri təşkil olunur.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu