Bu gün “Lent.az” saytı 6 yaşını qeyd edir. Saytın baş redaktoru Qabil Abbasoğlu öz təəssüratlarını Modern.az satı ilə bölüşüb.
“Artıq 6 yaşımız oldu. Öz fəaliyyətimizi peşə standartları baxımıdan qiymətləndirmək imkanımız var. Oxucuların rəyi ilə təmasda oluruq. Son 6 ildə Lent.az-ın yaranması və bu qədər inkişaf etməsi Azərbaycan mediasında ciddi bir hadisədir. Buna görə də bütün həmkarlarımızı, Lent.az-ın kollektivini, bizə aidiyyatı olan hər bir kəsi təbrik edirəm.Azərbaycanda internet medianın təşəkkül tapmasında Lent.az ilk addm atan saytlardan biridir. Azərbaycan mətbuatının tarixində internet medianın yaranması və inkişaf etməsi böyük bir hadisədir və biz də bu hadisənin iştirakçısı olduğumuz üçün çox sevinirik.
Fəaliyyətimizdə hər zaman yenilik etməyin tərəfdarıyıq. Bu istiqamətdə işlərimizi davam etdiririk.
Hazırda Kulis.az fəaliyyət göstərir ki, o da kifayət qədər məşhurdur. Yeni “Ailəm.az” fəaliyyətə başlayacaq. O da Lent.az-ın tərkibindədir. Bundan başqa, əlimizdə 2 ciddi layihə var. Yəqin ki, tətildən sonra onlarla da oxucularımızı tanış edəcəyik. İmkanımız daxilində Azərbaycan oxucusunun ehtiyacı olduğunu bildiyimiz layihələri bir-birinin ardınca fəaliyyətə keçirmək niyyətindəyik”.
Ulduz İBRAHİMOVA