Modern.az

Gənclər və İdman Nazirliyi 110 QHT-yə qrant ayırıb

Gənclər və İdman Nazirliyi 110 QHT-yə qrant ayırıb

Təhsil

25 İyun 2014, 13:06

Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin nəticələri bəlli olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Modern.az-a verdiyi məlumata görə, müsabiqəyə 155 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim edib. Onlardan 10 qeyri-hökumət təşkilatı gənclər təşkilatı olmadığından onların layihələri baxılmadan geri qaytarılıb. Səmayə Məmmədova onu da bildirib ki, ümumilikdə 145 gənclər təşkilatının layihəsi müsabiqənin qaydalarına uyğun olaraq ətraflı təhlil edilib və öyrənilib.

Nəticədə 110 gənclər təşkilatının layihələrinin maliyyələşdirilməsinə qərar verilib. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən  2.020.559  manat və 115.000 avro məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. 

 

Gültəkin ƏLƏSGƏR

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu