ABŞ Müdafiə Nazirliyinin təmsilçisi kontr-admiral Con Kirbi Bağdadda xüsusi əməliyyat qurmaq üçün 90 nəfərdən ibarət bir qrupun İraqa çatdığını deyib. Modern.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, o bildirib ki, bir neçə gün içində bu əsgərlərə təxminən 50 nəfərdən ibarət olan 4 yeni qrup da qatılacaq: “Şimali İraqda da ikinci bir xüsusi əməliyyatlar mərkəzi qurulması haqqında qərarı da irəlidəki qısa zaman tarixində söyləyərik”.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama keçən həftə İraqa hərbi məsləhətçi göndərəcəklərini və Bağdad ilə Şimali İraqda ortaq əməliyyat mərkəzləri qurulacağını demişdi.
Rafiq Qənbərov