Modern.az-a AFFA-dan verilən məlumata görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində bu gün ilk oyununu keçirib. Tackistan komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Komandamızın qolunu Emil Əliyev vurub.
Qeyd edək ki, futbolçularımız turnirdə növbəti oyununu iyunun 27-da İspaniya yığmasına qarşı keçirəcək.
Rafiq Qənbərov