Modern.az

Prokurorluqdan külli miqdarda mənimsəmə faktı ilə bağlı MƏLUMAT

Prokurorluqdan külli miqdarda mənimsəmə faktı ilə bağlı MƏLUMAT

Təhsil

25 İyun 2014, 14:53


Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Prokuroluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı İmişli rayonunun Aranlı və Qaragüvəndikli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və yerli bələdiyyələrin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə kənd sakinlərinin guya buğda əkmələri barədə bilə-bilə yalan məlumatlar daxil etməklə dövlət büdcəsindən ayrılmış yardımın 447 min manatını mənimsəmə və israf etmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin  179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.   

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu