Misirin paytaxtı Qahirənin müxtəlif bölgələrinin metro stransiyalarında partlayış baş verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Qahirənin şimalındakı Şubra əl-Haym metro stansiyasında şəxsiyyəti təyin olunmayanlar tərəfindən yerləşdirilən əl istehsalı patlayıcının partlaması nəticəsində 2 nəfər yaralanıb. Paytaxtın şərqində olan Qamra, Hadaik əz-Zeytun və Kobrin əl-Qübbə metro stansiyalarındakı partlayışlar nəticəsində 1 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, ölən və yaralananların sayı dəqiq məlum deyil.
Rafiq Qənbərov