Kənd Təsərrüfatı nazirliyində yeni təyinat olub.
Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Talıbov Seyfəddin Talıb oğlu Kənd Təsərrüfatı Nazirinin müavini təyin olunub.
Seyfəddin Talıbov kollektivə təqdim edilib.
Modern.az