Modern.az

Mənə dərman verin... - Leyla Əliyeva

Mənə dərman verin... - Leyla Əliyeva

25 İyun 2014, 17:32

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.
“Mənə dərman verin...” adlı həmin şeiri ixtiyarınıza veririk.

(Дайте мне лекарство…)

Mənə  bir dərman verin –
                    Dərdim, ağrım yox olsun
Sevgim baldır, şirindir.
                    Dərman «şəkər»i salsın
Elə dərman verin ki, 
                    Şübhə-kədər ərisin.
Çarə-əlac qılın  ki,
                    Zaman mənlə yerisin.

Mənə bir dərman verin,
                   gündən, yağışdan, qardan
Boğulmayım  tüstüdən,
                   Kül olmayım alovdan,
Mənə bir dərman verin,
                   Qorxudan və kədərdən
Allah bağışlayandır,
                  Təlqin gəlsin göylərdən.

Mənə  bir dərman verin
                    sinə gərim tufana,
Eliksir içən kimi 
                     başlayım yaratmağa;
Siz mənə dərman verin
                     Həsədlə, kini yenim,
Qüvvət gəlsin dizimə,
                     Eli-obanı gəzim...

Qoy dərman  sipər çəksin,
                        Qəzəbə, tənələrə;
Allah da səbəb salsın, 
                        inanım peyğəmbərə...
Dərmanlar əlac etsin,
                       Zökəmə, öskürəyə,
Səbəbsiz peyda olan,
                        Qəm-kədərə, qüssəyə...

Bir dərman verin mənə,
                        yox olsun hiylə-kələk.
Bir dərman verin mənə
                        Hərarəti ram edək...
Qışın qar-çovğununda 
                        Soyuğa qalib gələk...
Dərman içək, röyada 
                       Xeyir mələyi görək...

Dərman verin – çox verin,
                        Heç xəsislik etməyin..!
Dərmanlar  bol olsun ki, 
                        Mərəzləri ram edim
Sizdə bir dərman da  var –
                      “YAXŞILIQ” derlər ona,
Ondan da verin mənə
                       Paylayım insanlara...

Ruscadan çevirəni: MAHİR QABİLOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi