Modern.az

Mükafatlar suçulara təqdim olundu

Mükafatlar suçulara təqdim olundu

Təhsil

25 İyun 2014, 15:15

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə  “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülən“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına mükafatların təqdim olunması mərasimi keçirilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov təltif olunmuş əməkdaşları təbrik edərək bildirib ki, son illər su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub: “İstehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə miqyasında genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilib. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olub. Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident  İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla  hər il iyun ayının 5-i  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib. Prezident İlham Əliyevin  iyun ayının 4-də imzaladığı sərəncamlarla isə  su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə “Azərsu” ASC-nin 3 əməkdaşı “Əməkdar mühəndis” fəxri adına layiq görülüb, 16 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub. Bu il ilk dəfə olaraq su təsərrüfatı işçiləri peşə bayramını qeyd etmişlər. Peşə bayramı gününün təsis edilməsi və bir qrup əməkdaşımızın yüksək dövlət mükafatlarına layiq görülməsi su təsərrüfatı işçilərinin əməyinə verilən böyük qiymətdir. Ölkə başçısının bu qərarı “Azərsu” ASC-nin çoxminli kollektivində böyük ruh yüksəkliyi və mənəvi stimul yaradıb”.

Sonra mükafatlar təqdim olunub.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu