Ermənistan prezidenti Serj Sərkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja ilə görüşüb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşdə KTMT-ya üzv Ermənistanın bu təşkilatla əlaqələrinin genişləndirilməsi müzakirə edilib. Bununla yanaşı, KTMT-ya üzv dövlətlərin hərbi kontingentinin gücləndirilməsi barədə də fikir mübadiləsi aparılıb.
Modern.az