Modern.az

Argentina üçüncü, Bosniya və Hersoqovina ilk qələbəsini qazandıb

Argentina üçüncü, Bosniya və Hersoqovina ilk qələbəsini qazandıb

Təhsil

26 İyun 2014, 00:02

Braziliyiada keçirilən futbol üzrə dünya çempionatında bu gün F qrupunda yer alan komandalar qrup mərhələsinin son oyununu keçiriblər. Modern.az xəbər verir ki, əvvəlki iki oyunda qələbə qazanan Agentina yığması Nigeriyanı 3:2 hesabı ilə məğlub etməklə növbəti mərhələyə qrup lideri kimi adlayıb. Qeyd edək ki, Argentinanın heyətində İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Leonel Messi iki dəfə fərqlənib və vurduğu topların sayına görə Braziliyia yığmasının üzvü və “Barselona”da komanda yoldaşı olan Neymara (4 top) çatıb. Nigeriya məğlub olmasına baxmayaraq əvvəlki iki oyunda topladığı 4 xalla qrupda ikinci yeri tutaraq növbəti mərhələdə oynamaq şansı əldə edib. F qrupundakı növbəti oyunda indiyədək 1 xalı olan İran millisi iki oyunu da uduzan Bosniya və Hersoqovina ilə qarşılaşıb. Oyun bosniyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, İran qrupda dördüncü yerlə kifayətlənməli olub.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu