Modern.az

Obamadan Suriya müxalifətinə yeni DƏSTƏK - 500 milyon dollar

Obamadan Suriya müxalifətinə yeni DƏSTƏK - 500 milyon dollar

Təhsil

27 İyun 2014, 09:48

ABŞ prezidenti Barak Obama Suriyada Bəşər Əsəd rejimin qarşı döyüşən üsyançı dəstələrə 500 milyon dollar ayırmağı təklif edib. Modern.az xəbər verir ki, bu haqda “Financial Times” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri Barak Obama maliyyə dəstəyi ilə Suriyadakı müxalif qüvvələrin hərvi təchizatını gücləndirmək niyyətindədir.  

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ketlin Xeyden bildirib ki, Obama administrasiyasının əsas məqsədi Suriya xalqının təhlükəsizliyini təmin etmək və regiondakı sabitliyi qorumaqdır. “Biz bununla terror təhlükəsinə mane olmaq və sülh prosesi üçün şərait yaratmaq istəyirik”,-deyə K. Xeyden qeyd edib.  

Qeyd edək ki, Suriyada üç ildir davam edən vətəndaş müharibəsində ölənlərin sayının 160 mindən çox olduğu bildirilir. Suriyada vəziyyət qeyri-sabit olaraq qalır və görünən odur ki,  prezident Bəşər Əsəd də postundan əl çəkmək niyyətində deyil.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu