Bu gün “İRƏLİ” İctimai Birliyinin 4-cü hesabat seçki konfransı keçiriləcək.
Modern.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov, deputat Fuad Muradov və digər tanınmışlar iştirak edirlər.
“İRƏLİ”nin keçmiş rəhbəri, deputat Ceyhun Osmanlı isə konfransa qatılmayacaq. Onun adı proqramda yoxdur.
“İRƏLİ”nin indiki rəhbəri Rauf Mərdiyev konfrans öncəsi jurnalistlərə açıqlamasında yenidən namizədliyini irəli sürməyəcəyini bildirib.
Modern.az