Modern.az

Azərbaycan alimi İsveç Krallıq Akademiyasının üzvü seçilib

Azərbaycan alimi İsveç Krallıq Akademiyasının üzvü seçilib

Təhsil

27 İyun 2014, 11:27

Azərbaycan Milli Elmlər Akademiyasının  Gəncə Bölməsinin antropologiya, etnoqrafiya və etnologiya elmləri üzrə doktorantı, çoxsaylı elmi əsərlərin müəllifi Elnur Həsənov İsveç Krallığının Beynəlxalq Nəzəri və Tətbiqi Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Modern.az  xəbər verir ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvü olan E. Həsənov dünyanın nüfuzlu impakt-faktorlu elmi nəşrlərində - ABŞ, Kanada, İsveç, İsveçrə, Meksika, Almaniya, İtaliya və digər ölkələrdə alman, ingilis, italyan və s. dillərdə çap olunmuş elmi monoqrafiya və əsərlərinin mövcudluğuna görə bu mötəbər ada layiq görülüb.
Eyni zamanda, gənc tədqiqatçı Avropa Təbiət Tarixi Akademiyası, Almaniya Təbiətşünaslıq Nəşriyyatı və Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə Xorvatiya və Çernoqoriyada keçiriləcək beynəlxalq elmi konfranslarda iştirak etmək hüququ qazanıb.

Elmin Nuri

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu