Modern.az

Səfərdə oruc tutmaq olarmı? – Ruhani aydınlıq gətirir

Səfərdə oruc tutmaq olarmı? – Ruhani aydınlıq gətirir

Təhsil

27 İyun 2014, 11:55


“Səfərdə oruc tutmaq məsələsinə yanaşma birmənalı deyil. Din alimləri arasında Quran ayəsinin təfsirində buna fərdi yanaşmalar var”. Bunu Modern.az-a açıqlamasında Məşədi Dadaş məscidnin axundu Hacı Şahin deyib. “Bir qisim alimlər iddia edir ki, insan ixtiyar sahibidir, səfərdə oruc tuta da bilər, tutmaya da bilər. Digər qisim alimlər isə səfərdə orucun mütləq pozulması lazım olduğunu iddia edirlər. Yəni gedib-gəlmək məsafəsi 45 kilometrdən artıq olarsa və həmin yerdə 10 gündən az qalarsa mütləq orucunu pozmalıdır”.

Hacı Şahin bildirir ki, hətta insan hər hansı zəruri məqsədlə səfər etməsə belə tutmadığı günlərin qəzasını heç bir qəza olmadan gün hesabına tutmalıdır. “Nəzərə alsaq ki, yay fəslidir insanlar daha çox səfərlərə gedir. Ümumiyyətlə, orucun ziyanı kiməsə olarsa, həmin şəxsə oruc tutmaq haramdır. Yəni müəyyən insanlar ola bilər ki, oruc tutmaq onların səhhətinə ciddi zərər verə bilər. Bunlar qocalar, hamilə qadınlar, xəstə insanlar, süd verən analar və s. Amma ümumilikdə demək ki, oruc tutmağın hansısa ziyanı ola bilər, uzun illərdir yayda da, qışda da oruc tutan insan kimi deyə bilərəm ki, orucun heç bir ziyanı olmayıb. İnanmıram ki, Allahın buyurduğu hökmdə insana ziyan olsun. Bu yanlış düşüncədir”.  

 

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu