Prezident İlham Əliyevin AŞPA - dakı çıxışı barədə deputat Qənirə Paşayeva danışıb.
Modern.az xəbər verir ki, deputat bunları deyib. “Həmin çıxışın şahidləri olaraq, Azərbaycan prezidentinin Azərbaycanın maraqlarını, mövqeyini yüksək səviyyədə, bütün Assambleya üzvlərinə çatdırdı. Prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycan artıq heç kəsin təzyiq və təhdid dilində danışa bilməyəcəyi mesajının verilməsi idi. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan artıq ikili standartları qəbul etməyəcək və Avropa Şurası məkanındakı standartlar vahid standartlar olmalıdır və ikili standartların heç birini qəbul etməyəcək. İlham Əliyevin Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə görəcəyi işlərlə bağlı açıqlamaları isə çox böyük diqqətlə dinlənilirdi. Çünki Prezidentin Avropa Şurasından Azərbaycanın prioritetlərini açıqlaması çox önəmli idi. Bəzi qüvvələr var idi ki, onlar Avropa Şurasına sədrliyindən narahatdırlar. Onlar müxtəlif yollarla buna mane olmağa çalışırlar. Amma cənab Prezident bu kimi qüvvələrin sualların cavabında da bütün məsələlərə aydınlıq gətirdi.
İkili standartlarla yanaşma məsələsində ən önəmli məsələ isə bu ikili standartlarla mübarizə aparacağı açıqlaması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıq mesajlar idi. Azərbaycanın heç bir qarış torpağı da hansısa müzakirə mövzusu olmayacağını , münaqişənin ancaq ərazi bütövlüyü çərçivəsində həll olunacağını və bundan başqa bir variantın qəbul olunmayacağını vurğuladı. Nəinki Dağlıq Qarabağın həm də bu gün Ermənistanın paytaxtı olan Yerevanın da Azərbaycan torpağı olmasını Ermənistanın daha yaxşı bilməsini açıqladı. Ermənistan istəyir ki, Azərbaycan xalqı uzun illər oturub bu vəziyyəti qəbul etsin və beynəlxalq təşkilatların gündəmində bu problem zəifləsin. Amma Azərbaycan buna imkan verməyəcək”.
Gültəkin ƏLƏSGƏR