Modern.az

Sabir Rüstəmxanlıdan təklif: “Kərkükdə baş verənlər Məclisdə müzakirə edilsin”

Sabir Rüstəmxanlıdan təklif: “Kərkükdə baş verənlər Məclisdə müzakirə edilsin”

Təhsil

27 İyun 2014, 12:53


“Kərkükdə baş verənlər Milli Məclisdə müzakirə edilsin”. Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında millət vəkili Sabir Rüstəmxanlı türkmən məsələsini müzakirəyə çıxararkən belə deyib.

VHP sədri Milli Məclisdə çıxışı zamanı bildirib ki, ikili standartlar davam edir: “İraqda türkmənlərə qarşı təzyiqlər var. Onlar öz torpaqlarında kürd kəndlərinə sığınıblar. Biz bu məsələdə susa bilmərik, onlar bizim bir parçasıdır. Azərbaycan Prezidenti də haqlı olaraq 50 milyonluq azərbaycanlının prezidenti sayır.

Hesab edirəm ki, Milli Məclis Kərkük və Mosulda baş verənlərlə bağlı mövqeyini ifadə etməlidir. Biz müharibə etməməliyik, amma bu insanlara yardım etməliyik. Bu insanlar tarixin görmədiyi bir fəlakət içində yaşayırlar”.  

Gültəkin ƏLƏSGƏR

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu