Modern.az

Milli Məclis Fransız Liseyinin fəaliyyətinə yaşıl işıq yandırdı

Milli Məclis Fransız Liseyinin fəaliyyətinə yaşıl işıq yandırdı

Təhsil

27 İyun 2014, 13:16

Milli Məclisin bugünkü iclasında Azərbaycan və Fransa arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında saziş təsdiq olunub.

Modern.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə və Fransa Milli Təhsil Nazirliyinin proqramlarına uyğun olaraq şagirdlərə dünyəvi orta təhsil vermək məqsədi ilə Bakı Fransız Liseyi yaradılır. Liseydə təhsilin Fransanın təhsil normalarına uyğun olaraq təşkil və təmin edilməsi Fransız Liseyinin tərəfdaşı kimi ictimai yararlığı tanınmış və qeyri kommersiya təşkilatı olan Fransız Dünyəvi Təhsil Missiyası və Fransız Liseyinin təsisçisi olan qeyri-kommersiya hüquqi şəxsi arasında müvafiq müqavilə əsasında həyata keçiriləcək.

Fransız liseyinin İdarəetmə Komitəsi Dövlət Neft Şirkətinin təyin etdiyi sədrdən, Təhsil Nazirliyinin təyin etdiyi sədr müavinindən, Heydər Əliyev Fondunun təyin etdiyi xəzinədardan və Fransanın Azərbaycandakı səfirin təyin etdiyi katibdən ibarətdir.

Gültəkin Ələsgər 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu