Modern.az xəbər verir ki, “İRƏLİ” İctimai Birliyinin 4-cü hesabat seçki konfransında sədr vəzifəsinə seçkilərdə bircə namizəd qeydə alınıb. Bu, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Azərbaycanda Avropa Hərəkatının İdarə Heyətinin üzvü Mirhəsən Seyidov olub. Səsvermənin nəticəsi ilə o, “İRƏLİ” İctimai Birliyinin sədri seçilib.
Qeyd edək ki, bu gün “İRƏLİ” İctimai Birliyinin 4-cü hesabat seçki konfransı işə başlayıb. Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclis üzvü Fuad Muradov və digər tanınmışlar iştirak edirlər. “İRƏLİ”nin keçmiş rəhbəri, deputat Ceyhun Osmanlı isə konfransa qatılmayacaq. Onun adı proqramda yoxdur.“İRƏLİ”nin keçmiş rəhbəri Rauf Mərdiyev konfrans öncəsi jurnalistlərə açıqlamasında yenidən namizədliyini irəli sürməyəcəyini bildirib. O, artıq yaşca gənclik mərhələsini arxada qoyduğu, təşkilatın rəhbərliyinə yeni gənclərin, yeni qanun gəlməsi üçün sədr postuna namizəd olmayacağını qeyd edib. R. Mərdiyevin sözlərinə görə, yeni gənclərin gəlişi təşkilatın inkişafında növbəti mərhələyə qədəm qoymasına səbəb olacaq. O, təcrübəsi ilə təşkilata hər zaman yardımçı olmağa hazır olduğunu da vurğulayıb.
Modern.az