Modern.az

Türkiyəli nazir: “ İlham Əliyevin AŞPA-dakı nitqi Türkiyədə maraqla izləndi”

 Türkiyəli nazir: “ İlham Əliyevin AŞPA-dakı nitqi Türkiyədə maraqla izləndi”

Təhsil

27 İyun 2014, 14:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Türkiyə Respublikasının Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Nazir Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə təbrik etdi. Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqdakı nitqinin ölkəsində böyük maraqla izlənildiyini dedi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasının önəmi vurğulandı, ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığının bundan sonra da genişləndiriləcəyi əminliklə qeyd olundu.

Dövlətimizin başçısı İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Baş nazirinə çatdırmağı xahiş etdi.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu