Modern.az

Abdulla Gül yenidən siyasətdən gedəcəyini BƏYAN etdi: “Bu sonuncudur”

Abdulla Gül yenidən siyasətdən gedəcəyini BƏYAN etdi: “Bu sonuncudur”

Təhsil

27 İyun 2014, 18:20

 

Türkiyə prezidenti Abdulla Gül  bir daha siyasətdən gedəcəyi anonsunu verib. Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Malinin Ankaradakı səfiri Birahim Somareni qəbul edərkən bu siyasətə əlvida deyəcəyini mesajını verib. O bildirib ki, bu cür qəbullar sonuncudur. “Bunlar artıq son qəbullarımızdır”,-deyə A. Gül bildirib.

Qeyd edək ki, Türkiyədə avqustda prezident seçkisi keçiriləcək. Hazırkı dövlət başçısı Abdulla Gül isə bundan öncəki açıqlamalarında da siyasət aləmini tərk edəcəyinə işarə edən fikirlər səsləndirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu