Modern.az

“Via della Seta İpək yolu” jurnalında Dağlıq Qarabağ münaqişəsi

“Via della Seta İpək yolu” jurnalında Dağlıq Qarabağ münaqişəsi

Təhsil

27 İyun 2014, 21:32

Bu gün Azərbaycan Diplomatik Akademiyasında “Via della Seta  İpək yolu” jurnalının təqdimatı keçirilib. Modern.az xəbər verir ki, Azərbaycan İtaliya Assosiasiyasıının birgə dərci olan jurnal barədə jurnalistlərə açıqlama verən deputat Azər Kərimov jurnalın yaranma səbəbindən danışıb.

“Azərbaycan Respublikası və İtaliya Respublikası arasında olan münasibətlər Azərbaycan prezidenti İlham Əliyevin uğurlu xarici siyaəsti nəticəsində yüksək nöqtəsinə çatıb. Bu münasibətlərin inkişafında bütün dünyada olduğu kimi İtaliya Respublikasında da millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da Azərbaycan tarixinin, mədəniyyətinin Azərbaycan reallıqlarının, Azərbaycan incəsənətini İtaliyada tanıtmaq istiqamətində xüsusilə qeyd etmək istərdim. Biz də Azərbaycan İtaliya parlamentlərarası dostluq qrupu olaraq bu münasibətlərin inkişafına öz töhfəmizi vermək üçün Azərbaycan - İtaliya assosiasiyasını təsis etdik. Bir il bundan əvvəl təsis etdiyimiz və bizim də qurucuaları olduğumuz İtaliya - Azərbaycan assosiasiyası ilə birlikdə iki dildə çıxan bir dərgi dərc etdik. Bu gün də bura toplaşmağımızın əsas məqsədi Azərbaycan - İtaliya assosiasiyasının “Via della Seta İpək yolu” jurnalının təqdimatıdır. “İpək Yolu” jurnalı ildə 4 dəfə dərc olunacaq. Bu ilki nəşrin miqyası 3000 ədəddir. İyulun ayının 15-də gələn nömrəmiz dərcolunacaq ikinci buraxılı. Isə 4000 ədəd nəzərdə tutulmuşdur. Bu nömrənin 1500 ədədi İtaliya yayılıb.

1500 isə Azərbaycanda yayılıb. Jurnalda toxunulacaq mövzulara gəlincə millət vəkili bildirib: “Jurnalın ilk nömrəsini diqqətlə izləsəniz görəcəksiniz ki, bizim assosiasiyanın son bir ildə İtaliyada keçirdiyi tədbirlər haqqında məlumatlar verilib. Təbii ki, Azərbaycanın ən ağrılı yeri olan, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ problemi, Xocalı faciəsi haqqinda bu jurnalda məlumat verilib. Bununla bağlı Roma şəhərində keçirilən tədbirlər barəsində məlumat verlir. Bütün bu bir ilə nəzər yetirsəniz bu tədbirlərin necə əhəmiyyətli olduğunu görərsiniz. Ötən il qaçqın və məcburi-köçkünailələrinin gənclərin İtliyada 15 günlük tətilini hazırlamışdı. İtaliyanın təarixi, mədəniyyəti ilə tanış olmuş, bələdiyyələri ilə görüşmüş hətta istirahətə də vaxt tapmışdılar. Onlar məşhur futbolçu Tottinin futbol klubunda futbol oynayıblar. Bundan başqa İtaliya Azərbaycan gənc rəssamların sərgilərini təşkil etmişik. Turizm forumu keçirilib.Bir sözlə bu dərginin məqsədi hər iki assosiasiyalarının birgə fəaliyyətini həm nəticələrini, həm məzmununu ictimaiyyətə çatdırmaqdır”.  

Qarşıdan gələn 6 ay ərzində qarşılıqlı biznes əlaqələrinin olacağını deyən Azər Kərimov gələcək planların çoxluğundan danışıb. O, bildirib ki, bunlardan ən vacibi 2014-cü ilin noyabr ayında İtaliyanın Roma şəhərində müxtəlif millətlərin və dini təriqətlərin birgə yaşayışı, Azərbaycan multikultiralizm və tolerantlıq nümayəndəsi mövzusunda beynəlxaql konfransın keçirilməsidir. “Bundan başqa qış aylarında da məcburi köçkün uşaqlarının İtaliyaya tətilini təşkil etmək istəyirik. Bunula yanaşı Nizami Gəncəvinin Leyli və Məcnun əsərini italiyan dilinə tərcümə etmək durur. Həmçinin 2014-cü ilin sonunda İtaliyanın Roma şəhərində Azərbaycan film festivalının keçirilməsi nəzərdə tutulur. Film festivalı 3 hissədın ibarət olacaq. Belə ki, tarixi, sənədli və cizgi filmlərinin nümayişi baş tutacaq. İtaliyanın Roma, Baloniya, Niyapol şəhərlərində Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş Azərbaycan caz müsiqi festivalının keçiriləcək”.  

Jurnalın əsas məqsədinin Dağlıq Qarabağ probleminə yönəldildiyini deyən deputat bütün tədbirlərdə bu problemin qabardıldığını söylədi. “Assosiasiyaları Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupu kimi yaratmışıq və bir siyasətçilər kimi İtaliya parlameti, senatı ilə sız əlaqələrimiz var. Qeyd etmək istəyirəm ki, hələ 2009-cu ildə İtaliya Parlamentinin xarici əlaqələr komitəsi Qarabağla bağlı qətnamə qəbul edib. Bundan sonra 2010-cu ildə İtaliya senatı daha mühim qətnamə qəbul etmişdi. Bir sözlə bu məsələ bizim fəaliyyətimizin gündəliyindədir”.  

Gültəkin Ələsgər

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu