ATƏT-in Parlament Assambleyasının sessiyasında iştirak eləmək üçün Ermənistan nümayəndə heyətinin üzvləri Bakıya gəliblər.
Nümayəndə heyətinin tərkibinə Ermənistan parlamentinin “Daşnaksütyun” fraksiyasının katibi Aqvan Vardanyan, “Respublika” fraksiyasından deputat Artaşes Geqamyan, “Çiçəklənən Ermənistan”ın deputatı Stepan Markaryan, parlamentin beynəlxalq şöbəsinin nümayəndəsi Anait Qasparyan və XİN təmsilçisi Vaqe Gevorkyan daxildir.Sessiya Bakıda iyunun 28-dən iyulun 2-dək keçiriləcək. (musavat.com)