Modern.az

Bakıda ATƏT PA-nın Daimi Komitəsinin iclası başlayıb

Bakıda ATƏT PA-nın Daimi Komitəsinin iclası başlayıb

Təhsil

28 İyun 2014, 09:54

Bu gün Bakıda ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclası başlayıb. 

İclasda çıxış edən ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç bildirib ki, ATƏT PA parlament demokratiyasının mənbəyidir.

R. Krivokapiç deyib ki, ATƏT PA daxilində siyasi proseslər düzgün qurulmalıdır. 

O qeyd edib ki, ATƏT PA Ukrayna böhranından əvvəl müxtəlif addımlar atıb: “Mən Moskva və Kiyevə səfər etdim. Rusiya Dumasının və Ukrayna Ali Radasının sədrləri, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Turçinovla görüşlər keçirdik. Biz bununla bu cür çağırışlara düzgün cavab verə biləcəyimizi ortaya qoyduq”. 

R. Krivokapiç ATƏT PA-nın QHT-lərlə əməkdaşlığı genişləndirdiyini də qeyd edib. Onun sözlərinə görə, ATƏT Avropada sülh və sabitliyin əsas sütunlarından biridir. 

Daha sonra iclasda suallar və şərhlər üçün vaxt ayrılıb. 

Qeyd edək ki, komitənin iclasında Ermənistan parlamentinin üzvləri də iştirak edirlər.(Apa)

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu