İyunun 27-də Sumqayıt şəhərinin ərazisindəki “Simurq” şadlıq evində 6 nəfər zəhərlənib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhər sakinləri Elbrus Nuriyev, arvadı Yeganə, oğlu Amil, qızı Rəfiqə, qardaşı Rəşad və onun arvadı Samirə qidadan zəhərləniblər. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Modern.az