Modern.az

Ramazan ayı başladı - TƏQVİM

Ramazan ayı başladı - TƏQVİM

Təhsil

29 İyun 2014, 00:42


Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı iyulun 28-i və ya 29-na təsadüf edəcək.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan orucunu tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. QMİ-dən APA-ya bildirilib ki, oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan, elmə əsaslanan, milli-mənəvi birliyə xidmət edən cədvələ müvafiq nizamlamaq tövsiyə olunur. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə edilib.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 24-dən 25-nə və 26-dan 27-nə keçən gecələrə təsadüf edir.



Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU