Modern.az

Kolumbiya da 1/4 finala çıxdı

Kolumbiya da 1/4 finala çıxdı

29 İyun 2014, 12:22

Ötən gecə Braziliyada futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsinə start verilib.

Modern.az saytı xəbər verir ki, ilk oyun günündə iki oyun keçirilib.
Bu oyunlarla 1/4  finalçılardan ikisinin adına aydınlıq gəlib.

İlk olaraq meydana Braziliya və Çili komandaları çıxıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə qurtaran görüşdə qalib penaltilərlə müəyənləşib. Daha dəqiq oynayan Braziliya millisi 1/4 finala adlayan ilk komanda olub. 

Digər oyunda isə Kolumbiya Uruqvayla üz-üzə gəlib. Bu görüşdə Kolumbiya millisi Uruqvaya 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

Bu iki oyun həm də 1/4 finaldakı ilk cütlüyü müəyyən edib. Belə ki, 1/4 finalda Braziliya Kolumbiya ilə üz-üzə gələcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu