Xəbər verildiyi kimi, muğənni Rəksanə “30 iyun - Sevgililər gunu” munasibəti ilə sabah “Yaşıl teatrda” xeyriyyə konserti verəcək. Muğənni bu gun 20 yanvar şəhidləri İlhamla Fərizənin ailə uzvlərini də konsertə dəvət edib. Bu barədə şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev məlumat verib.
“Bu gun Rəksanə xanımın qızı bizə gəldi. O, konsertə dəvətnamələri bizə verdi. Rəksanə xanımın ozu ilə də telefonla danışdım. İlhamla Fərizəni unutmadığına, onlara belə dəyər verdiyinə gorə, təşəkkurumu bildirdim. Həm də iki ağbircək ananı sevindirdiyinə gorə ona minnətdaram. Umid edirəm ki, digər muğənnilər də gələcəkdə “Sevgililər gunu” ilə bağlı belə addımlar atacaqlar. Boyuk məmnuniyyətlə ailəlikcə gedib konsertdə iştirak edəcəyik” - deyə, E.Alahverdiyev bildirib.
Qeyd edək ki, necə illərdir 20 yanvar şəhidləri İlhamla Fərizənin toy gunuləri - 30 iyun Azərbaycanda “Sevgililər gunu” kimi qeyd olunur.
Modern.az