Azərbaycanda növbəti zəlzələ olub. Modern.az saytı xəbər verir ki, AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Zaqatalada qeydə alınıb. Hadisə 29 iyun tarixində saat 22:26-da baş verib.
İlkin məlumata görə, 5,2 maqnitudada, yəni təxminən 6 bal gücündə olan zəlzələ yerin 12 km dərinliyində qeydə alınıb. Zəlzələ hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat katibi Vüsalə Rafiqqızı bildirib ki, vətəndaşlardan və mətbuat nümayəndələrindən xahiş edirlər ki, insanlar arasında əlavə narahatçılıq yayan informasiyalara yol veməsinlər.
Modern.az