Modern.az

Dünya Çempionatı-2014: Hollandiya 1/4 finala çıxdı - VİDEO

Dünya Çempionatı-2014: Hollandiya 1/4 finala çıxdı - VİDEO

29 İyun 2014, 23:56



Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında 1/8 final mərhələsinin daha bir oyunu başa çatdı.
Modern.az saytı xəbər verir ki, bu gün saat 21.00-da Hollandiya və Meksika milliləri meydana çıxıblar.
Oyunda hesabı Meksika yığması açsa da, hollandlar Sneyder və Hunteların qolu ilə 2:1 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıblar.

Digər oyunda isə Kosta Rika və Yunanıstan üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 01:00-da start götürəcək. Bu cütün qalibləri 1/4 finalda bir-birilərinə rəqib olacaqlar.

Xatırladaq ki, dünən keçirilən oyunlarda Braziliya Çiliyə, Kolumbiya isə Uruqvaya qalib gələrək 1/4 finalda oynamaq hüququ qazanıblar.
 




Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu