Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatında 1/8 final mərhələsinin daha bir oyunu başa çatdı.
Modern.az saytı xəbər verir ki, gecə saat 01:00-da Kosta-Rika və Yunanıstan millisi meydana çıxıb.
Oyunun əsas və əlavə edilmiş vaxtı 1:1 hesabı ilə yekunlaşıb. İkinci hissədə 10 nəfər qalmasına baxmayaraq Kosta-Rika komandası qapısına ikinci qolun vuralmasına imkan verməyib.
Belədə hakim qapılara penaltilər təyin edib.
Penaltilər seriyasında daha yaxşı oynayan Kosta-Rika 6:4 hesablı qələbə ilə 1/4 final mərhələsinə adlayıb. Bu mərhələdə onlar Hollandiya ilə qarşılaşacaq.
Modern.az