Modern.az

Bu gün müğənninin iddiası üzrə jurnalistlərə hökm oxuna bilər

Bu gün müğənninin iddiası üzrə jurnalistlərə hökm oxuna bilər

30 İyun 2014, 10:04

Bu gün Nərimanov rayon Məhkəməsində əməkdar artist, tanınmış müğənni Mətanət İsgəndərovanın AzNews.az xəbər saytının baş redaktoru Elçin Zahiroğlu və bu media orqanının əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə bağlı məhkəmə baxışı keçiriləcək.
Modern.az-ın məlumatına görə, M. İsgəndərli  jurnalistləri Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum edilməsini istəyir.
Məhkəmə prosesi bu gün saat 11:30-da hakim Turqay Hüseynovun sədrliyi ilə başlayacaq. Jurnalistlərin hüquqları vəkil Elçin Sadıqov tərəfindən qorunacaq. Qeyd edək ki, müğənni hər iki jurnalistin həbs olunmasında israrlıdır.
Xatırladaq ki, İsgəndərovanın məhkəməyə müraciət etməsinə səbəb AzNews.az saytında barəsində gedən yazıdakı “narkoman” ifadəsidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu