Modern.az

Obamadan Avropaya İTTİHAM: "Siz bizi terrorla təhdid edirsiniz"

Obamadan Avropaya İTTİHAM: "Siz bizi terrorla təhdid edirsiniz"

30 İyun 2014, 10:16


ABŞ prezidenti Barak Obama İraqda və Suriyada döyüşən Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının ölkəsi üçün təhlükə yaratdığını bəyan edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “ABC” telekanalına müsahibəsində deyib.

B. Obama hesab edir ki, Suriya və İraqda vuruşan Avropa vətəndaşları viza olmadan asanlıqla ABŞ-a daxil olar və böyük təhlükələr yaradar.

“Biz bilirik ki, bəzi avropalılar Suriyaya gedirlər və oradakı döyüşlərdə iştirak edirlər. Onlar bu məqsədlə İraqa da gedə bilərlər. Sonra isə onlar öz ölkələrinə qayıdırlar. Həmin insanlarda Avropa pasportları olduğundan ABŞ-a daxil olmaq üçün onlara viza lazım deyil”.  

ABŞ lideri bildirib ki, ölkəsinin kəşfiyyatı Avropadan gözlənilən təhdidlərin qarşısını almaq üçün tədbir görür.  

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu