Terror təşkilatı “İraq Şam İslam Dövləti” (İŞİD) İraqda xilafət dövləti qurduğunu və təşkilatın lideri Əbubəkr el-Bağdadini də xəlifə elan etdiyini açıqlayıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnani Twitter-dəki səhifəsində yaydığı bir videoda xilafət dövlətinin qurulduğunu açıqlayıb. O, yalnız Suriya və İraqdakı deyil, bütün dünyadakı cihad qruplarını İŞİD-ə bağlılıqlarını elan etməyə də çağırıb. Adnani videoda bu açıqlamanı da verib:
“Bu, bir dövlətdir, bu, bir xilafətdir və artıq parçalanma və çirkin partizanlıqları bir kənara buraxmanın zamanı gəlib. Çünki Allahın dinində əsla belə bir şey yoxdur. Əgər dövlətə arxa çevirər, ya da ona qarşı döyüşsəniz, ona deyil, yalnız özünüzə zərər vermiş olarsınız”.
Modern.az