Modern.az

Bu gün kolleclərə ərizə qəbulunun vaxtı bitir

Bu gün kolleclərə ərizə qəbulunun vaxtı bitir

30 İyun 2014, 10:38

Ümumi orta təhsil bazasında (9 illik) cari ilin məzunları üçün ( 9-cu sinfi bu il bitirən) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün saat 23:59-da başa çatır. Həmin şəxslər ərizələrini SQK-ya müraciət etmədən internetlə özləri təsdiq edə bilərlər.

Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 12-dən etibarən başlanılıb.

Məlum olduğu kimi, cari ilin məzunu olan şagirdlər üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq və bu məzunlar kolleclərə əlavə imtahan verməyəcəklər.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu