Dünəndən Bakıda ATƏT Parlament Assambleyasının 23-cü İllik sessiyası öz işinə başlayıb.
Bu gün Sessiya işini Komitələrdə davam etdirib. “AzerFax” xəbər verir ki, ATƏT PA-nın Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin iclası Azərbaycan parlamentarizm tarixinə düşə bilər. Belə ki, bu Komitənin iclasını ilk dəfə olaraq azərbaycanlı millət vəkili – ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev idarə edib.
İclasda bir çox məsələlərlə bağlı geniş müzakirələr aparılıb.
Modern.az