Modern.az

Şerbakovun atası Orxan Zeynalovdan 5 milyon rubl təzminat istəyir

Şerbakovun atası Orxan Zeynalovdan 5 milyon rubl təzminat istəyir

30 İyun 2014, 11:10

Bu gün Moskva şəhər Məhkəməsində paytaxtın Bryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəməsi keçiriləcək. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq məhkəmə binasının ətrafında xüsusi təhlükəsizlik tədbirləri görülüb. Qeyd edək ki, bundan əvvəl keçirilən hazırlıq iclasında Orxan Zeynalov barəsindəki həbs qətimkan tədbirinin müddəti 6 ay uzadılıb. İyunun 19-da keçirilən hazırlıq iclasında isə məlum olmuşdu ki, Yeqor Şerbakovun atası oğlunun ölümünə görə mənəvi zərər kimi Orxan Zeynalovdan 5 milyon rubl təzminat tələb edir.

Qeyd edək ki, istintaqın versiyasına görə 2013-cü il oktyabrın 10-da sərxoş vəziyyətdə olan Orxan Zeynalov əhəmiyyətsiz səbəbi bəhanə edərək 25 yaşlı Moskva sakini Yeqor Şerbakovu bıçaqla qətlə yetirib. İstintaqla müəyyən olunub ki, bıçaq yaralarından başqa Orxan Zeynalov əlləri ilə Y. Şerbakova azı 20 dəfə zərbə endirib.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu