Türkiyədə erməni şair haqda film çəkiləcək. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, film İkinci Dünya müharibəsi zamanı Türkiyədən qaçan müxalifyönlü erməni şair Aramın həyatına həsr olunub. “Rüzgarın xatirələri” adlanan filmdə əsas rollarda ərlə-arvad- Tuba Büyüküstün və Onur Saylak çəkiləcəklər. Filmin çəkilişləri iyunun 25-də Batumidə başlayıb. Filmin ssenarisini Özcan Alper və Əhməd Bükə birlikdə yazıblar.
Film Türkiyə, Almaniya, Fransa və Gürcüstanın ortaq istehsalı olacaq.
Modern.az