Modern.az

Mançini İtaliya yığmasına rəhbərlik etməyə razılaşdı

Mançini İtaliya yığmasına rəhbərlik etməyə razılaşdı

30 İyun 2014, 11:22



Türkiyənin “Qalatasaray” klubunun keçmiş baş məşqçisi Roberto Mançini İtaliya yığma komandasına rəhbərlik etməklə bağlı ilk razılığını verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis komandaya rəhbərlik edəcəyi müddətdə əmək haqqının aşağı salınmasına da razılaşıb.

Qeyd edək ki, Mançini buna qədər İtaliyanın “İnter” klubunun məşqçisi kimi üç dəfə ölkə çempionu titulunu qazanıb, bundan əlavə İngiltərənin “Mançester Siti” klubu ilə də çempion olub. Bir müddət əvvəl “Qalatasaray”dan istefa verən Mançininin rəhbərlik etdiyi İstanbul klubu ölkə çempionatında ikinci yeri tutub və Türkiyə kubokunu qazanıb.  

Xatırladaq ki, Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsindəki uğursuzluqdan sonra İtaliya millisinin baş məşqçisi Çezare Prandelli istefa verib.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu