Modern.az

“ATƏT indi başa düşür ki, nə qədər böyük səhvə yol verib”

“ATƏT indi başa düşür ki, nə qədər böyük səhvə yol verib”

30 İyun 2014, 12:11
“İndiyə qədər Azərbaycanın bütün çağrışlarına məhəl qoymayan ATƏT indi başa düşür ki, nə qədər böyük səhvə yol verib. Azərbaycanın vaxtı ilə qaldırdığı ərazi btüövlüyü məsələsinə etinasız yanasıblar. Bu məsəldə ATƏT geçikib”.

 

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. O, qeyd edib ki. Rəsmi Bakının razılığı olmadan hər hansı referendum keçirilə bilməz:
 
“ATƏT-in Kopenhagendə keçirilən konfrasında mən təkilf etmişdim ki, münaqişlərin həlli məsləsində dövlətlərin ərazi bütövlüyü nəzərə alınsın. Bu, çox mühüm məsələdir. Bu gün bir çox ölklər qondarma referandum yolu ilə başqa ölkələrin ərazilərini rəsmiləşdirməyə çalışırlar. Biz və Ukrayna da bu halla rastlaşmışıq. Bizim təkilf ondan ibarət olub ki, bu referendumlar həmin ölkələrin qanunlarına və beynəlxalq hüquqa əsasən keçirilməlidir. Rəsmi Bakının razılığı olmadan hər hansı bir ölkədə referendum keçirilə bilməz. Bu məsələ ATƏT PA-nın gündəliyinə salınıb. Yəqin ki, Bakı Deklarasiyasında öz əksini tapacaq. Biz Helsinki yekun aktının sənədlərində birinçi növbədə dövlətlərin ərazi bötövlüyü və torpaqların bölünməzliyi prinsipi qeyd olunub. Orada xalqların öz müqəddaratını təyin etmə prisipi də var. Ermənilər bu prisipi yalnış olaraq şərh edirlər.

 Onların şəhrindən belə başa düşmək olur ki, öz müqəddaratını təyin etmə prinsipi ölkə daxilində yeni dövlət yartamaq deməkdir. Bu tam yanlışdır.

Helsinki yekun aktında bu barədə heç nə qeyd olunmayıb. Ermənistan və erməni xalqı bütövlükdə öz müqəddəratlarını təyin ediblər. Baxamayaraq ki, onlar bizim ərazimizdə Ermənistan dövləti yaradıblar. Bizim ərazilərimizə hücum edərək dövlət yaradıblar. Dağlıq Qarbağda yaşayan az saylı ermənilərə yalnız Azərbaycanın ərazi bütövlüyü cərçivəsində müqəddəratı təyin etmə hüququ verilə bilər. Bu məslədən bir çox eməni siyasətçiləri sui-istifadə edirlər".

 

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu