Modern.az

Deputat: “Zaqatalada zəlzələdən zərər çəkən yoxdur”

Deputat: “Zaqatalada zəlzələdən zərər çəkən yoxdur”

30 İyun 2014, 12:42

“Hazırda İctimai Televiziyada çəkilişdəyəm. Buna baxmayaraq, Zaqatalada baş verən zəlzələ ilə bağlı rayon icra strukturları ilə əlaqə saxlamışam”. Bunu Modern.az-a deputat Kamilə Əliyeva Zaqatalada baş verən zəlzələ ilə bağlı deyib: “Şükür Allaha ki, bu dəfə də hər şey yaxşılıqla bitib. Heç bir dağıntı qeydə alınmayıb”.

Təbii fəlakətdən insanların həyəcan keçirməsinə gəlincə, deputat deyib: “Şükür Allaha ki, insanlar da zərər çəkməyib. Düzdür, Zaqatala sakinləri müəyyən qədər həyəcanlı anlar yaşayıblar. Amma bu da salamat ötüşüb”.

Qeyd edək ki, iyun ayının 29-da Zaqatala rayonunda zəlzələ olub. İlkin məlumata görə, zəlzələ nəticəsində heç bir dağıntı və insan itkisi qeydə alınmayıb.

Namidə BİNGÖL   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu