Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq sabahdan 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Çağırış iyulun 30-dək davam edəcək.
Modern.az saytının məlumatına görə, həqiqi hərbi xidmətə yollanacaq çağırışçılar xidmət edəcəkləri hərbi hissələr barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) internet səhifəsindən öyrənə bilərlər. Bunun üçün aşağıdakı linkə daxil olmaq lazımdır.
//www.seferberlik.gov.az/elektron/military
Modern.az