Modern.az

Deputatdan keçmiş icra başçısına sərt cavab: “İndi ayılıb, sözü vardısa, o vaxt deyərdi”

Deputatdan keçmiş icra başçısına sərt cavab: “İndi ayılıb, sözü vardısa, o vaxt deyərdi”

Ölkə

30 İyun 2014, 14:22

 

AXC hakimiyyəti zamanında Lənkəran rayon icra hakimiyyətinin başçısı işləmiş Hüseynqulu Məmmədli deputat Fərəc Quliyev haqqında bir sıra ittihamlar səsləndirib. Keçmiş icra başçısı Modern.az saytına müsahibəsində bildirib ki, Fərəc Quliyev AXC İcraiyyə Komitəsinin sədri seçildikdən sonra prezident Əbülfəz Elçibəyin işlərinə müdaxilə edib və yerlərdə sağlam tənqid söyləyən cəbhəçilərə təzyiqlər göstərib.  

Deputat Fərəc Quliyev barəsində səslənən ittihamları cavablandırıb. O, Modern.az-a açıqlamasında deyilənlərin həqiqət olmadığını söyləyib: “Bir əsrin beşdə biri keçib. Hüseynqulu Məmmədli isə indi ayılıb. Onun sözü var idisə, mən İcraiyyə Komitəsinin sədri olanda deyərdi”.  

Deputat onu da qeyd edib ki, onun təyinatı mərhum eks-prezident Əbülfəz Elçibəyin seçimi olub: “Rəhmətlik Əbülfəz Elçibəy Ədalət Tahirzadənin müəllifi olduğu “13 saat üz-üzə” kitabında da mənim haqda müsbət fikirlər səsləndirib. Əbülfəz Elçibəy deyib ki, əgər Fərəc Quliyevin dediyi kimi hakimiyyəti idarə olunsaydı, o zaman iqtidardan getməzdik. Biz Xalq Cəbhəsinin inkişafı üçün əlimizdən gələni etmişdik”.  

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi